Pulsuz və hər kəsə açıq

Developerlərin bir araya gəldiyi yer

Adi İcma Adi.az-ın açıq tərəfidir. Burada satış yoxdur — sual, cavab, kod və bir-birinin işini irəli itələyən adamlar var. Studio komandası da bu icmadan çıxıb və hələ də hər gün buradadır.

  • Gündəlik müzakirə, kod baxışı və problem həlli
  • Təcrübəli developerlərdən karyera və mentorluq dəstəyi
  • Meetup, workshop və birgə layihələr

Adi İcma

İcma nə verir

Qoşulmaq pulsuzdur, qeydiyyat yoxdur və heç kim sizdən CV istəmir. Tək şərt — davranış qaydalarına riayət etmək.

  • Şəbəkələşmə

    Həmkarlarla tanışlıq, komanda yoldaşı və iş imkanları. Vakansiyalar da çox vaxt elandan əvvəl burada səslənir.

  • Mentorluq

    Haradan başlamaq, nəyi öyrənmək, CV-ni necə yığmaq — təcrübəsi olanlardan birbaşa cavab.

  • Birgə layihələr

    İcma daxilində real layihələr qurulur. Komanda ilə işləmək təcrübəsi və portfelə düşən iş.

  • Tədbirlər

    Meetup, workshop və canlı müzakirələr. Elandan ilk xəbər tutan həmişə icma olur.

Təqvim

Gələcək tədbirlər

Meetup, workshop və canlı müzakirələr. Tarix elan olunan kimi ilk xəbər WhatsApp qrupuna düşür.

Hazırda planlaşdırılmış tədbir yoxdur

Növbəti meetup üzərində işləyirik. Elan olunan kimi ilk siz xəbər tutmaq istəyirsinizsə, WhatsApp qrupuna qoşulun.

İcmaya qoşul

Bir sualla başlamaq kifayətdir

Qoşulmaq pulsuzdur, qeydiyyat yoxdur. Özünüzü təqdim edin və ya birbaşa sualınızı yazın — cavab verən mütləq tapılır.